ATƏT PA-nın prezidenti seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlib
ATƏT PA-nın prezidenti seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlib
30 Yanvar 2020 13:10 SiyasətATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 30-da Azərbaycana səfərə gəlib. "Olaylar" xəbər verir ki, Secki-2020.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclisin sədr müavini Bahar Muradova qarşılayıb. Georgi Tsereteli ATƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. O deyib ki, ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir və təşkilat olaraq biz də seçkiləri müşahidə edəcəyik. ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanda müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, sosial sahələrdə islahatlar həyata keçirildiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31