Deputatlığa namizəd Jalə Mütəllimova-Seyidli təhsil nazirinə MÜRACİƏT ETDİ
30 Yanvar 2020 10:12 SiyasətDeputatlığa namizəd Jalə Mütəllimova-Seyidli bu gün feysbuk səhifəsində maraqlı paylaşım edib:" Sabahım bu xəbərlə açıldı Zərdabda. Beş uşağım var, özüm qaziyəm, mənim övladlarımın dördü məktəbə getmir. Birini zor-güc məktəbə yollayıram, cəmi bircə kitabı var. Dərslikləri yoxdur, məktəb geyimləri yoxdur . Özüm də geyinilmiş mallar mağazasından iki manata ayaqqabı almışam dünən ayağıma. Ailəmdə heç kim işləmir. Mənim əziz, sevimli kollektivim, vicdanına, ədalətinə güvəndiyim insanlar, əzizlərim. Ədalətinə güvəndiyim sayın nazirim Ceyhun Bayramov, Elnur Mammadov, Cəsarət Valehov , Billure Hacizadə dəstəyinizə ehtiyacı var bu ailənin. Heç olmasa beş məktəblini məktəbə göndərək."Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31