"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 2020 15:54 Siyasət"Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın növbəti demokratik seçki nümunələrindən biri olacaq". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Azərbaycanın demokratik seçkilər keçirmək üçün kifayət zəngin təcrübəsi mövcuddur: "Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə çoxsaylı seçkilər keçirilib və hər seçkidən-seçkiyə Azərbaycanın təcrübəsi zənginləşib. Bu gün ölkəmizin seçki təcrübəsi müxtəlif ölkələr tərəfindən öyrənilir. Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb".
M.Əhmədoğlu Azərbaycanda peşəkar, təcrübəli seçki administrasiyasının fəaliyyət göstərdiyini bildirərək deyib: "İstər səsvermə prosesi, istərsə də səslərin dəqiq sayılması peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Bütün bunlar parlament seçkilərinin şəffaf və demokratik keçəcəyini deməyə əsas verir". Politoloq parlament seçkilərində çoxsaylı namizədin iştirakının demokratik seçki mühitinin göstəricisi olduğunu vurğulayıb.