Ramiz Rzayev: "Seçkinin Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir"

Ramiz Rzayev: "Seçkinin Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir"

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təsis etdiyi Seçki Müşahidə Missiyasının rəhbəri Piter Teylerin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. "Olaylar" xəbər verir ki, R. Rzayev bildirib ki, seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir. Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlayıb, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər və onlara baxılması qaydaları barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Piter Teyler qeyd edib ki, Seçki Müşahidə Missiyası seçki prosesinin bütün əsas aspektlərini izləyəcək və seçkilərin ATƏT öhdəlikləri, demokratik seçkilər üzrə digər beynəlxalq standartlar, eləcə də, milli qanunvericiliyə uyğun həyata keçirilməsini qiymətləndirəcək. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31