79 saylı İmişli seçki dairəsində 474 müşahidəçi qeydiyyatdan keçib
79 saylı İmişli seçki dairəsində 474 müşahidəçi qeydiyyatdan keçib
29 Yanvar 2020 13:37 SiyasətMilli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar olaraq 79 saylı İmişli seçki dairəsində də hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər verir ki, Dairə seçki komissiyasının sədri (DSK) Ramil Nəsirovsecki-2020.az saytına açıqlamasında bildirib ki, 41 min 804 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərdən 18 nəfərin namizədliyi qeydə alınıb. O, qeyd edib ki, seçki prosesini izləmək üçün 474 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 43 məntəqənin 5-də quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib. Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub.