71 saylı Masallı kənd seçki dairəsində də parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam edir

71 saylı Masallı kənd seçki dairəsində də parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam edir

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərə hazırlıq işləri 71 saylı Masallı kənd seçki dairəsində də yüksək səviyyədə davam edir. "Olaylar" xəbər verir ki, Dairə seçki komissiyasının sədri (DSK) Loğman Şahbazov secki-2020.az saytına açıqlamasında bildirib ki, 35 min 276 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərdən 10 nəfərin namizədliyi qeydə alınıb. Loğman Şahbazov qeyd edib ki, seçki prosesini izləmək üçün 478 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 42 məntəqənin 5-də quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib.Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31