23 saylı Nəsimi-Səbail seçki dairəsində 350 yerli müşahidəçi qeydiyyatdan keçib
23 saylı Nəsimi-Səbail seçki dairəsində 350 yerli müşahidəçi qeydiyyatdan keçib
28 Yanvar 2020 12:06 SiyasətParlament seçkilərinə hazırlıq Bakının mərkəzini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairəsində də yüksək səviyyədə davam edir. "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında dairə seçki komissiyasının (DSK) sədri Ağabala Quliyev söyləyib. O, bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır:"Dairədə mövcud olan 31 daimi seçki məntəqəsinin hər biri zəruri ləvazimat və avadanlıqlarla təmin edilib. 10 məntəqədə veb-kamera quraşdırılıb. 11 nəfərin namizədliyi qeydiyyata alınıb. Namizədlərə seçkiqabağı təşviqatlarını aparmaq üçün hər cür şərait yaradılıb. Namizədlər seçki plakatlarını təşviqat materialları üçün nəzərdə tutulan lövhələrə yerləşdirirlər. Eləcə də, seçicilərlə görüş üçün müraciətlər edilib".
DSK sədri söyləyib ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsində 34 min 959 nəfər seciçi var. Artıq bütün seçicilərə bildirişlər paylanılıb. A.Quliyev qeyd edib ki, dairənin əhatə etdiyi seçki məntəqələrində səsvermənin gedişini izləmək üçün 350 yerli müşahidəçi qeydiyyatdan keçib.