"Parlament seçkiləri ölkədə aparılan islahatların məntiqi davamıdır"
"Parlament seçkiləri ölkədə aparılan islahatların məntiqi davamıdır"
28 Yanvar 2020 12:02 Siyasət"Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda aparılan islahatların məntiqi davamıdır". "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında "Baku Network" Ekspert Şurasının rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.Ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü qeyd edən E.Ələsgərov deyib: "Azərbaycanda demokratik bir cəmiyyət qurulub. Müxtəlif siyasi partiyalar fəal şəkildə seçkilərə qatılıblar, öz namizədlərini irəli sürüblər. İndiki mərhələdə namizədlər fəal şəkildə təbliğat-təşviqat kampaniyalarını aparırlar". O, yeni formalaşacaq parlamentin ölkəmizin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31