Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

"Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün Azərbaycanda baş verən proseslər mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında "Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi" və "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib. "Azərbaycan daim güclənən və inkişaf edən ölkədir. Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək", - deyən Şirin Nexamiya Mixaeli bildirib ki, Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir. O, yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31