Deputatlığa namizəd Süleyman İsmayılbəylidən sual:"Deputat nədən ona etimad göstərən seçicisindən qaçır?"
27 Yanvar 2020 16:11 Siyasət48 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürmüş Süleyman İsmayılbəyli belə bir sualla feysbuk paylaşımı edib:"
Bu seçicilər son 10 ildə 1 dəfə olsun seçdikləri deputatın üzünü görməyən kənd sakinləridir. Hər bir kənddə, hər bir qəsəbədə seçicilər bu cür diqqətsizlikdən gileylənir və fevralın 9-da daha layiqli namizədə səs verəcəklərini ifadə edirlər. Cənab Prezident gərgin iş rejiminə baxmayaraq getdiyi hər bir şəhər və rayonda sakinlərlə görüşüb, onların problemlərini dinlədiyi halda, həftənin yalnız iki gününü parlamentdə olan deputat nədən ona etimad göstərən seçicisindən qaçır? ((("
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31




