Binəqədi II seçki dairəsi seçkilərə hazırlıq işlərini uğurla davam etdirir

Binəqədi II seçki dairəsi seçkilərə hazırlıq işlərini uğurla davam etdirir

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyət planına müvafiq olaraq yanvarın 27-də 9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlərə başlanılıb. "Olaylar" Secki-2020.az saytına istinadən xəbər verir ki, treninqdə plana uyğun olaraq üç gün ərzində iki mərhələdə 37 məntəqə seçki komissiyasının sədri və komissiya üzvləri olmaqla 222 nəfərin iştirakı nəzərdə tutulur. Treninqin birinci günündə 45 nəfər iştirak edib.

Dairə seçki komissiyasının sədri Həsən Bayramov bildirib ki, müasir Azərbaycanda müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan institutlardan biri də seçki institutudur. Seçki prosesi ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsində böyük rol oynayır. Ona görə də hər dəfə ölkəmizdə keçirilən seçkilər xalq qarşısında hesabat mahiyyəti daşımaqla yanaşı, inkişafın gələcək konturlarını müəyyən edən milli ictimai-siyasi hadisə kimi də çox vacibdir.

Sonra Həsən Bayramov Binəqədi rayonunda seçkilərə görülən hazırlıq işləri barədə məlumat verib. O deyib ki, sədrlik etdiyi dairə seçki komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək. Hazırlıq işləri uğurla davam etdirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31