"Azərbaycanda məhkumların seçki hüququndan istifadə etməsi qanunvericiliyə uyğun təşkil olunur"

"Azərbaycanda məhkumların seçki hüququndan istifadə etməsi qanunvericiliyə uyğun təşkil olunur"

"Azərbaycanda cəzaçəkmə müəssisələrində də seçki prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi təcrübəsi formalaşıb". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Ədliyyə Naziri yanındakı İctimai Komitənin üzvü, hüquqşünas Səadət Bənənyarlı deyib. İctimai Komitənin üzvü bildirib ki, məhkumların seçki hüququndan istifadə etməsi qanunvericiliyə uyğun təşkil olunur: "Cəzaçəkmə müəssisələrində seçki gününə 5 gün qalmış seçki məntəqələri yaradılır. Biz İctimai Komitənin üzvləri ilə seçki günü cəzaçəkmə müəssisələrində seçki prosesini izləyirik. Məhkumlar sərbəst şəkildə öz seçki hüquqlarından istifadə edirlər". Hüquqşünas ölkədə müşahidə olunan seçkiöncəsi mühitin normal olduğunu qeyd edərək deyib: "Seçkiyə hazırlıq prosesi normal şəkildə davam edir. İndiyə qədər ciddi pozuntularla bağlı müraciətlər qeydə alınmayıb. Mövcud Seçki Məcəlləsi də seçkiləri beynəlxalq prinsiplərə uyğun keçirməyə imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31