MSK sədri: "Həmin namizədin adını bülletendən çıxaracağıq"

MSK sədri: "Həmin namizədin adını bülletendən çıxaracağıq"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb-çıxarılmayacağına aydınlıq gətirib. "Olaylar"ın məlumatına görə, MSK sədri bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: "Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç bir seçki bülleteninə düşməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31