Xarici işlər nazirlərin görüş vaxtı məlum oldu
Xarici işlər nazirlərin görüş vaxtı məlum oldu
27 Yanvar 2020 13:47 SiyasətErmənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb. "Olaylar"ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyindən deyilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi. Belə ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31