“Böyük qəsəbədir, xirtdəyə qədər də problemi…” – ƏMƏKDAR JURNALİST

Qəbələnin Bum qəsəbəsində seçicilərlə görüşdüm. Böyük qəsəbədir, 4000-ə yaxın seçicisi var. Xirtdəyə qədər də problemi.Bunu Əməkdar jurnalist, deputatlığa namizəd Ləman Ələşrəfqızı deyib.

Qeyd edib ki, ən başlıca problem məktəb sarıdandır.

"Deputat üzü görməmişik, sən bizi sayıb ayağımıza gəlmisən, həm də tanıdığımız el qızımızsan deyib məni Bumdan gülər üzlə yola saldılar. Mən də söz verdim. Təkliflər qutumuza atılan bütün şikayətlərlə tanış olacam və Bum camaatına bacardığım qədər kömək edəcəm. Jurnalist vərdişim başqa cür fərqlənməyimizə imkan verməyib, verməyəcək"-deyə, o, əlavə edib.

Etikxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31