Musa Qasımlı seçicilərlə bir arada - FOTO
25 Yanvar 2020 19:35 Siyasət72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı görüşlərini bu gün də davam etdirib. Deputatlığa namizəd yanvarın 25-nə olan təbliğat- təşviqat kampaniyasını Yardımlı rayonunun Ostayır və Dəlləkli kənd seçiciləri ilə hərarətli bir görüş keçirib. Çıxış edənlər həlli vacib olan problemləri qaldırıblar, səslərini Musa Qasımlıya verəcəklərini söyləyiblər. Musa Qasımlı iddiaçı, hörmətli polkovnik- leytenant Xaqani Cəfərovun atası Vədud kişiyə səmimi sözlərinə görə minnətdarlığını bildirib. Daha sonra deputatlığa namizəd Musa Qasımlı şəhərdə rayon təhsilinin tanınmış simalarından Etibar Əməşovun qardaşının, Anzov kəndində isə Həsənağa Fətullayevin anasının yas məclisində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31