İlham Əliyev Ərdoğana: “Türkiyəyə hər cür yardıma hazırıq!”
25 Yanvar 2020 17:19 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Məktubun mətnini təqdim edirik:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31