101 saylı Göygöl-Daşkəsən seçki dairəsində 43 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində 43 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində 526 müşahidəçi qeydiyyatdan keçib. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının sədri Abbas Zalov məlumat verib. O qeyd edib ki, qeydiyyatdan keçən müşahidəçilərdən 74-ü müstəqil, digərləri isə 8 siyasi partiyanın üzvləridir: "120 seçki məntəqəsinin olduğu dairə üzrə 42874 seçici qeydiyyatdadır. Onlardan 43-ü səsvermə hüququndan ilk dəfə istifadə edəcək. Yaşı 100-dən çox olan 4 seçici var".

Məntəqələrdən 9-da veb-kameraların quraşdırıldığını bildirən A.Zalov qeyd edib ki, dairə üzrə seçkilərə hazırlıq prosesi qanunvericiliyə uyğun davam edir: "Təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər bir məntəqədə lövhələr quraşdırılıb, bütün namizədlərə bərabər şərait yaradılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31