Mixail Qusman Azərbaycan Prezidentinə təşəkkür edib

Mixail Qusman Azərbaycan Prezidentinə təşəkkür edib

"TASS" Agentliyinin direktor müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Bu barədə M.Qusman jurnalistlərə açıqlamasında deyib.

"Mən sevinirəm ki, Bakı-Moskva mədəniyyət dialoqu məhz mənim ad günümə təsadüf edir. Ümumiyyətlə Azərbaycanın Prezidentinə və Birinci vitse-prezidentə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirəm", - deyə o bildirib.

M. Qusman konfransın ikitərəfli humanitar münasibətlərin inkişafı nöqteyi-nəzərindən vacib olduğunu vurğulayıb: "Doğrusu, müasir Azərbaycan tarixində Rusiyadan bu qədər ictimaiyyət və mədəniyyət xaidmlərinin iştirak etdiyi tədbirin keçirildiyini xatırlamıram. Bu bir daha göstərir ki, Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri sıx bağlıdır".

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31