Deputatlığa namizəd Əkbər Yolçuyevin oğlu hərbi xidmətə yola düşüb
24 Yanvar 2020 14:37 Siyasət12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə müstəqil namizəd Əkbər Yolçuyevin oğlu hərbi xidmətə yola düşüb. Çağırışçının yola salınmasında namizədin vəkili dos.dr. Uğurlu Nadirov, könüllülər qrupunun üzvləri və ailə mənsubları iştirak edib. Bu barədə namizədin sosial şəbəkə hesabında paylaşım edilib. Əsgərlərimizin canı sağ, dövlətimizin bayrağı uca olsun!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31