İlham Əliyev Davosda Eldar Saetre ilə görüşdü - Foto

İlham Əliyev Davosda Eldar Saetre ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Equinor" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Görüşdə "Qarabağ" yatağı layihəsi müzakirə olunub. "Equinor" şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31