70 saylı Masallı şəhər seçki dairəsində 467 müşahidəçi qeydiyyatdan keçib

70 saylı Masallı şəhər seçki dairəsində 467 müşahidəçi qeydiyyatdan keçib

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar olaraq 70 saylı Masallı şəhər seçki dairəsinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər verir ki, Dairə seçki komissiyasının sədri (DSK) İlkin Hüseynov secki-2020.az saytına açıqlamasında bildirib ki, 40 min 24 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərdən 10 nəfərin namizədliyi qeydə alınıb. İlkin Hüseynov qeyd edib ki, seçki prosesini izləmək üçün 467 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 43 məntəqənin 11-də quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib. Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31