"Parlament seçkilərində gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır"
"Parlament seçkilərində gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır"
24 Yanvar 2020 13:15 Siyasət"Azərbaycanın müasir, demokratik dövlət kimi inkişafında parlamentin önəmli rolu var. Bu baxımdan, yeni formalaşacaq parlament Azərbaycanın daha da güclənməsinə xidmət edəcək". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib. O, bildirib ki, parlament seçkilərində gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır. Baş redaktor deyib: "Bu, yeni mərhələnin başlanğıcıdır. İnanıram ki, yeniləşən parlamentdə gənc deputatların sayı daha da çox olacaq və onların ideyaları, fikirləri cəmiyyət tərəfindən müsbət qarşılanacaq".