15 saylı Yasamal I seçki dairəsində 31 seçki məntəqəsi üzrə 44 min 630 seçici var

15 saylı Yasamal I seçki dairəsində 31 seçki məntəqəsi üzrə 44 min 630 seçici var

15 saylı Yasamal birinci seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının (DSK) sədri Cumar İsayev məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində namizəd kimi iştirak etmək istəyən vətəndaşlardan 24 nəfərin namizədliyi qeydə alınıb. DSK sədri qeyd edib ki, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 44 min 630 seçici var: "Sözügedən seçki dairəsində 10 veb-kamera quraşdırılıb. Seçki prosesinə hazırlıq öz qaydasında gedir. Bütün məntəqələr zəruri ləvazimat və avadanlıqlarla təmin edilib. Seçkiləri izləmək üçün 210 yerli müşahidəçi bizə müraciət edib. Həmçinin ATƏT-dən nümayəndələr də dairədəki bir sıra məntəqələrdə olub, seçki prosesi ilə maraqlanıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31