Azərbaycanda iqtidar-xalq birliyi bərqərar olub- TƏHLİL
Azərbaycanda iqtidar-xalq birliyi bərqərar olub-TƏHLİL
23 Yanvar 2020 15:05 SiyasətXalqın milli maraqları dövlət başçısı üçün ən önəmli məsələdir
Azərbaycanda hökm sürən iqtidar-xalq birliyi, dövlətin qətiyyəti, ardıcıl həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizə möhtəşəm uğurlar qazandırıb. Ölkəmizdə davam edən sabitlik, iqtisadiyyatın dinamik inkişafı Azərbaycana olan marağı artırıb. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu xalqın dövlət institutlarına etimadını yüksəldib. Etiraf edilməlidir ki, Azərbaycanın bu mövqeyi ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Xatırladaq ki, Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi top-20 ölkənin arasındadır. Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik 2017-2018" hesabatının "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyasında Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsini heç də təsadüfi hesab etmək olmaz. Çünki, sözügedən hesabat birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Prezident İlham Əliyevin dediyi kimi "Ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir".
Azərbaycan Prezidenti Ilham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüş və iştirak etdiyi tədbirlərdə çıxışı zamanı bu fikri bir daha təsdiq edib. Form çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya" mövzusunda panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?" sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya" cavabı xüsusilə qeyd edilməlidir. Əvvala ona görə ki, Prezident İlham Əliyevin cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir. Məlum olduğu kimi ölkə başçısı İlham Əliyevin prezidentliyi dövrü bütrövlükdə müstəqi siyasət yürütməklə səciyyələnir. Bu, özünü həm xarici, həm də daxili siyasətdə özünü büruzə verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edir ki, Azərbaycan qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarıb, ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırıb. Nəzərə almaq lazımdır ki, daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır.
Dövlət başçısının məlum cavabı həm də milli maraqların onun üçün hər şeydən öndə olmasına bir işarədir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində hələ 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihənin dayandırılmayıb, əhalinin sosial rifahının təmin olunması üçün çoxsaylı layihələr həyata keçirilib. Bu siyasət sonrakı illərdə rekord sayda yeni iş yerlərinin yaradılmasına səbəb olub ki, bu da əhalinin hökümətə etimadının daha da artmasına gətirib çıxarıb. Sadalanan faktlar deməyə əsas verir ki, ölkəmizdə mövcud olan iqtidar-xalq birliyi müstəqillik illərində əldə olunmuş nailiyyətlər hesaına mümkün olub. Bu naliyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə şərait yaradıb.
Bir daha xatırladaq ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib. Etiraf edilməlidir ki, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazanığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Artıq heç kimə sirr deyil ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də səmərəli nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər.
Alim
Olaylar.az