Meksika mediyası 20 Yanvar faciəsindən yazdı

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilisdilli mətbu orqanı olan “The Pulse News” qəzetində səfir Məmməd Talıbovun “Azadlığın yüksək qiyməti” başlıqlı məqaləsi dərc olunmuşdur.

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilisdilli mətbu orqanı olan "The Pulse News" qəzetində səfir Məmməd Talıbovun "Azadlığın yüksək qiyməti" başlıqlı məqaləsi dərc olunmuşdur.

Olaylar.az bildirir ki, məqalədə "20 Yanvar" faciəsi barədə ətraflı məlumat verilərək M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin əmri ilə dinc Azərbaycan əhalisinə qarşı "Zərbə" adlı xüsusi əməliyyatın keçirildiyini, yerli polisin silahları öncədən alındığı, Azərbaycan Televiziyasının enerji blokunu sıradan çıxarıldığını və beləliklə ölkənin informasiya blokadasına qapıldığı deyilir.

"Qanlı Yanvar" hadisələri zamanı imperiya rejimi tərəfindən günahsız insanların qətliamının Azərbaycan müstəqillik hərəkatının boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addım olduğu qeyd edilir.

Bütün dünya ictimaiyyətini qəddarlığı ilə sarsıtmış "20 Yanvar" hadisələrinin insanlığa qarşı cinayət olduğunu, SSRİ ordusunun tank və digər zirehli texnika istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə həmvətənlimizin qətlə yetirildiyi və yaralandığını diqqətə çatdırılır.

Bu dəhşətli hadisələrdən sonra Azərbaycanda hər kəs quldur və qəddar sovet rejimindən tam müstəqilliyin zamanının gəldiyini anladığı və 1990-cı il yanvar hadisələrin çoxları tərəfindən kommunist rejimi sonunun başlanğıcı adlandırıldığı bildirilir.

Qara yanvar hadisələrinin Azərbaycanın müstəqillik yolunda mühüm dönüş nöqtəsi olduğu bildirilərək Azərbaycan xalqının azadlıq yolunda həmrəylik və iradəsini daha da artırmış olduğu vurğulanır.

Bu gün müstəqil və gündən günə daha da çiçəklənib güdrətlənən Azərbaycan "20 yanvar" faciəsi qəhramanlarının xatirələrinə ən böyük sayqı olduğu bildirilir.

Hər il milyonların ziyarət etdiyi və Ermənistan təcavüzünə qarşı həyatlarını qurban vermiş qəhramanların məzarları da yerləşən "Şəhidlər Xiyabanı"nın Azərbaycan xalqının müstəqilliyinə görə ödəmiş yüksək qiymətin simvolu olduğu deyilir.

Meksika dövlət qurumları və buradakı diplomatik korpus arasında böyük auditoriyaya malik "Protocolo" internet resursunda da "Azərbaycan, Qara Yanvardan 30 il keçir" adlı məqalədə Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələrlə oxucuları tanış edib. (http://www.protocolo.com.mx/embajadas/azerbaiyan-a-30-anos-del-enero-negro/)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31