Deputatlığa namizəd Ləman Ələşrəfqızı Oğuz rayonunda problemləri həll edir

Deputatlığa namizəd Ləman Ələşrəfqızı Oğuz rayonunda problemləri həll edir

"Biz iş görürük! Dünən Oğuz rayonunun Qarabaldır kəndinin problemini yazdım. Transformator məsələsi artıq həllini tapır. Yəqin ən geci sabah təzə transformatorun şəkillərini paylaşacağıq. Qaldı ikinci və üçüncü siniflərin bir sinifdə dərs keçməsinə... "  Bu fikirləri  "OLAYLAR"a bildirən deputatlığa namizəd Ləman Ələşrəfqızı   Təhsil Nazirliyi ilə də əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, dərs ilinin ikinci rübündən siniflər ayrılacaq. Deməli, tətildən sonra. Yəni, ən geci 10 günə.Təhsil  Nazirliyindən  deyiblər: "Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ümumtəhsil məktəblərində iki ibtidai sinifdə şagird sayı 20 nəfərdən az olduqda siniflər komplekt sinif kimi fəaliyyət göstərir. Bununla belə Qarabaldır kənd ümumi orta məktəbinin müəllimlərinin Təhsil Nazirliyinə müraciətini və Oğuz Rayon Təhsil Şöbəsinin Nazirliyə ünvanladığı məktub nəzərə alınaraq həmin məktəbdə ibtidai siniflərin komplektdən çıxarılıb müstəqil fəaliyyət göstərməsinə fərdi qaydada baxılıb. Dərs ilinin ikinci yarımilindən etibarən I və IV siniflərin komplektdən çıxarılaraq müstəqil fəaliyyət göstərilməsinə razılıq verilib. Bununla bağlı Təhsil Şöbəsinə və 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məktub göndərilib." Bax, bu mənim jurnalist vərdişimdir! Bir günə kəndin iki problemini həll etdim. Demək, istəsək işləmək olur. Vətəndaşı dövlətlə üz-üzə qoyan, işləməyən məmurlar, bu işi parlamentə daşımayan millət vəkilləridir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31