69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 85 müşahidəçi qeydiyyatdan keçib
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 85 müşahidəçi qeydiyyatdan keçib
22 Yanvar 2020 16:33 SiyasətMilli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar olaraq 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər verir ki, Dairə Seçki Komissiyasının sədri (DSK) Məhəmməd Abasov secki-2020.az saytına açıqlamasında bildirib ki, 40 min 701 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərdən 13 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5-i siyasi partiyaların, 8-i isə bitərəf namizədlərdir. M.Sultanov qeyd edib ki, seçki prosesini izləmək üçün 85 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 36 məntəqənin 6-da quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib. Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub.