Deputatlığa namizəd Süleyman İsmayılbəyli daha iki kəndin seçiciləri ilə görüşüb
Deputatlığa namizəd Süleyman İsmayılbəyli daha iki kəndin seçiciləri ilə görüşüb
22 Yanvar 2020 15:17 Siyasət48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyini verən Süleyman İsmayılbəyli təbliğat kompaniyası çərçivəsində seçicilərlə görüşünü davam etdirir. Hər bir seçicisini fərdi qaydada dinləyən, problemini öyrənməyə çalışan namizəd bu gün müəyyən edilmiş proqrama uyğun olaraq Aşağı Qarxun kəndinin seçiciləri ilə görüşüb. Qeyd edək ki, həm Yuxarı, həm də Aşağı Qarxun kəndlərinin seçiciləri bütün seçkilərdə aktiv olublar. İmzatoplama kampaniyası zamanı da hər iki kəndin sakinlərindən böyük diqqət, etimad göstəriblər. Eyni əhval ruhiyyə ilə hər iki kənddə görüşlərə yekun vurulub. Hər iki görüşdə sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd S.İsmayılbəyli bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.


