Seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
Seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 2020 14:18 Siyasət"Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq". "Olaylar"ın məlumatına görə, Secki-2020.az saytının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: "Biz istərdik ki, namizədlər mübarizəni dayandırmasın. Amma bu, bütün dünya təcrübəsində olan, xüsusilə də keçmiş postsovet, Şərqi Avropa ölkələrində tez-tez baş verən haldır. Finiş xəttinə yaxınlaşanda, adların bülletenlərə daxilolma mərhələsində namizədlərin müəyyən hissəsi öz namizədliklərini geri götürür. Hazırda biz bu məsələ ilə məşğuluq".