MSK sədri: “Parlament seçkiləri ilə bağlı 32 müraciət daxil olub”

MSK sədri: “Parlament seçkiləri ilə bağlı 32 müraciət daxil olub”

Yanvarın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda parlament seçkiləri ilə bağlı şikayətlərə baxılıb."Olaylar" xəbər verir ki, komissiya sədri Məzahir Pənahov bildirib ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb. MSK sədrinin fikrincə, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq: "İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31