AŞPA nümayəndə heyəti Azərbaycanda səfərdədir

AŞPA nümayəndə heyəti Azərbaycanda səfərdədir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün yanvarın 22-dən 23-dək Azərbaycanda səfərdədir. "Olaylar"ın məlumatına görə, Secki-2020.az saytı AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar partiyaların rəhbərləri və nümayəndələri ilə görüşəcək.

Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə, həmçinin KİV, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə danışıqlar aparılması da planlaşdırılır. Nümayəndə heyəti səfərdən sonra bəyanat yayımlamağı planlaşdırır. Nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31