Musa Qasımlı kənd sakinləri ilə görüşüb
21 Yanvar 2020 20:50 SiyasətDünən 20 Yanvar hadisələrinin 30-cu ildönümü tamam olub.
Deputatlığa namizəd Musa Qasımlı Bakıdakı Şəhidlər xiyabanında uyuyan şəhidlərimizi ziyarət edərək Allahdan onlara rəhmət diləyib.
Bu gün isə deputatlığa namizəd rayona gələrkən yolüstü Sırıq kəndində seçicilərlə görüşüb.
Kənd sakinləri Musa Qasımlını böyük hərarətlə qarşılayaraq ona səs verəcəklərini bildiriblər. Musa Qasımlı hər kəsə təşəkkür edib.
Daha sonra deputatlığa namizəd Musa Qasımlı Köryədi kəndində Əliş müəllim Ağamirzəyevin bacısının yaş mərasimində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31