Ustad ocaqlarından Əkbər Qoşalıya dəstək

Xalq şairi Nəbi Xəzrinin, Xalq şairi Söhrab Tahirin, Xalq şairi QABİLin övladlarından seçicilərə

Müraciət

Əziz dostlar, dəyərli vətəndaşlar!

Hazırda respublikamızda mühüm ictimai-siyasi proses gedir. Xalqımız bu il fevralın 9-da Milli Məclisin yeni tərkibini seçəcək. Təbliğat-təşviqat kampaniyası aparan namizədlər sırasında tanıdığımız, güvəndiyimiz və oxuduğumuz insanlar da var. Onlardan biri, uzun illərdir imzasını və bir neçə ildir şəxsən özünü tanıdığımız dəyərli ədibimiz Əkbər Qoşalı (Əkbər Mehdi oğlu Yolçuyev) 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən müstəqil namizəddir.

Ə.Qoşalı klassik irsə, çağdaş yaradıcılarımıza sayğ ilə yanaşan, o cümlədən istedadlı gənc¬lərə dəstək verən fəal ədəbi təşkilatçı, ciddi qələm adamıdır. Onun müəllifi, tərtibçisi, redaktoru, məsləhətçisi, rəyçisi və ya önsöz müəllifi olduğu onlarla kitab Azərbaycanda, Türkiyədə, Qaza¬xıstanda, Özbəkistanda, Tatarıstanda gün üzü görüb. Ə.Qoşalının müəllifi və rəhbəri olduğu yaddaqalan layihələr istedadlı gənc yazarların üzə çıxmasına, onların tanıdılmasına əvəzsiz xidmət göstərib.

Ə.Qoşalı Azərbaycanın gənclərdən, yazarlardan ibarət nümayəndə heyətinin rəhbəri kimi neçə-neçə beynəlxalq səfərdə olub, festival, simpozium və konfranslarda yaddaqalan çıxışlar edib, ədəbiyyatımızı uğurla təmsil edərək, yeni ədəbi əlaqələr qurub.

Ə.Qoşalı Azərbaycan Respublikasının dövlət və ictimai təltiflərinə, eləcə də, beynəlxalq ALAŞ Ədəbi Mükafatına, qardaş ölkə və topluluqların nüfuzlu təltiflərinə layiq görülüb.
Əlbəttə, qeyd edilənlər təsadüflərin deyil, məqsədyönlü, əzmli çalışmaların ifadəsidir. Biz hesab edirik ki, dəyərli aydınımız Ə.Qoşalı Milli Məclis üzvü seçilərsə, geniş fəaliyyət gös¬tərmək imkan və səlahiyyətinə sahib olmaqla, ölkəmizin çiçəklənməsinə, ədəbi-mədəni həyatımızın can-lanmasına, mədə¬niyyətimizin inkişafına daha böyük töhfələrlə çıxış edə biləcək.

Əminik ki, Əkbər Qoşalı (Yolçuyev) Milli Məclis üzvü seçilirsə, öz sələflərinin - millət vəkili olmuş şair və yazıçılarımızın layiqli davamçısı kimi, yazarlarımızın problemlərini də ali tribunadan qaldıracaqdır.

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin hörmətli seçiciləri,

Sizləri fevralın 9-da seçki məntəqlərinə gedərək, Əkbər Mehdi oğlu Yolçuyevə (Əkbər Qo-şalıya) səs verməyə çağırırıq!

Salam-sayğılarla,

Arzu BABAYEV,
Nəsibə TAHİR (ANADİL),
Mahir QABİLOĞLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31