68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 2020 16:54 SiyasətMilli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar olaraq 68 saylı Cəlilabad kənd seçki dairəsində hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının sədri (DSK) Mehman Rzayev məlumat verib. O deyib ki, 40 min 680 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə 10 nəfərin namizədliyi qeydə alınıb. M.Sultanov qeyd edib ki, seçki prosesini izləmək üçün 74 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 34 məntəqənin 5-də quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib. Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub.