MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 2020 16:45 SiyasətYanvarın 30-da Belarus paytaxtı Minskdə MDB üzvü olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçiriləcək və burada Azərbaycanda baş tutacaq parlament seçkilərini müşahidə missiyasının rəhbəri təsdiq ediləcək". "Olaylar" xəbər verir ki, Secki-2020.az saytının xəbərinə görə, bu barədə MDB İcraiyyə Komitəsinin müşaviri Oleq Kuleba deyib.Onun sözlərinə görə, seçkiləri müşahidə missiyasının qərargahı artıq yaradılıb, onun tərkibinə 6 nəfər daxil olacaq.O. Kuleba missiyanın bir gün əvvəl Qubaya səfər etdiyini və gələcəkdə bölgələrdə fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Bu istiqamətdə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq"
İcraiyyə Komitəsinin müşaviri söyləyib ki, missiya bu gün Xarici İşlər Nazirliyində (XİN), daha sonra Daxili İşlər Nazirliyində (DİN) və Baş Prokurorluqda görüşlər keçirməyi planlaşdırır. Bildirək ki, daha əvvəl MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşüb, görüş zamanı tərəflər qarşıdan gələn seçkilərlə bağlı məsələləri müzakirə ediblər. Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri bu il fevralın 9-da keçiriləcək.