Elxan Şahinoğlu: "Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir"
Elxan Şahinoğlu: "Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir"
21 Yanvar 2020 14:06 SiyasətFevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün əhəmiyyətli hadisədir. "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.O, bildirib ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə əlverişli demokratik mühit var. O deyib: "Azərbaycan Prezidenti yerli jurnalistlərə müsahibəsində bu qərarın məntiqini izah edib. Birincisi, Prezident də qeyd etdi ki, parlamentin yeni üzvləri fəal olmalı, qanunvericilik təşəbbüsü ilə çıxış etməlidirlər. İkincisi, Prezident gəncləri də parlamentdə görmək istədiyini ifadə edib. Yəni, bu iki şərt olduqca önəmlidir".
Elxan Şahinoğlu qeyd edib ki, formalaşacaq parlament Azərbaycanın yeni çağırışlarına da cavab verməlidir: "Çünki ölkədə siyasi və iqtisadi islahatlar sürətlənir, kadr dəyişiklikləri aparılır. Ümid edirəm ki, növbəti parlament bu çağırışlara real cavab verə biləcək".