"Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq"

"Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq"

"Milli Məclisə seçkilər ölkəmizin siyasi həyatında mühüm hadisədir. Deputatlığa namizədlərin sayı, ölkədə olan ab-hava seçkilər öncəsi mühitin yaxşı olduğunu deməyə əsas verir". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib. A. Quliyev bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə müxtəlif sahələrdə ciddi islahatlar həyata keçirilir, yeni, gənc kadrlar yüksək vəzifələrə təyin olunur: "Cəmiyyətimizdə həyata keçirilən bu islahatlar ölkəmizin inkişafının daha da sürətləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Ona görə də Azərbaycan parlamentinin yenilənməsi ilə bağlı qərar mühüm əhəmiyyət daşıyır". O, qeyd edib ki, yeni formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31