Osman Gündüz: "Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır"

Osman Gündüz: "Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır"

Azərbaycanda keçirilən seçkilərdə texnologiyalardan səmərəli şəkildə istifadə olunur. "Olaylar"ın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan "Seçkilər" İnformasiya Sistemi özünü doğruldub: "Seçkilərin avtomatlaşdırılması, virtual müşahidələrin aparılması, mərkəzi seçki administrasiyası ilə dairə seçki komissiyaları arasında kommunikasiyanın qurulması, seçki məntəqələrində veb-kameraların quraşdırılması kimi texnoloji yeniliklərdən səmərəli istifadə olunur. Artıq bu sahədə oturuşmuş sistem formalaşıb". O.Gündüz qeyd edib ki, seçki prosesində texnologiyalardan istifadə şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayır: "Veb-kameraların quraşdırılması seçkiyə müdaxilələrin qarşısını alır. Təcrübə təsdiqləyir ki, texnologiyanın tətbiqi seçki administrasiyasının işini xeyli asanlaşdırır və seçkilərin daha şəffaf və ədalətli keçirilməsində mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31