Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib
Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib
21 Yanvar 2020 10:57 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində "Rossiya 1" telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadəyə müsahibə verib.
Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist "İnstagram" hesabında paylaşım edib.
"Ənənəvi olaraq Davos forumunda işə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlamışam. Efiri izləyin",- deyə Əsgərzadə yazıb.
Qeyd edək ki, bu gün Davos Dünya İqtisadi Forumu işə başlayır və yanvarın 24-dək davam edəcək. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31