Xalq artisti Rasim Balayev tanınmış həkim namizədlə bağlı çağırış etdi – VİDEO
20 Yanvar 2020 23:51 SiyasətAzərbaycanın Xalq artisti Rasim Balayev 9 fevral parlament seçkilərində doğulduğu Ağsu rayonu üzrə dəstəklədiyi namizəd üçün çağırış edib.
O, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd tanınmış uroloq cərrah, ictimai xadim, Azərbaycan Fransa Məzunları İctimai Birliyinin sədri Araz Bayramovu dəstəklədiyini bildirərək, seçicilərə səslənib:
"Əziz, doğma ağsulular. Mən Araz Bayramovu və ailəsini çox yaxşı tanıyıram. O, Ağsu üçün çox uğurlu namizəddir. O, Ağsunu Milli Məclisdə ləyaqətlə təmsil edəcək".
Həmin videonu təqim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31