Ağsulularımız üçün çalışmaq istəyirəm- ARAZ BAYRAMOVUN SEÇİCİLƏRİNƏ MÜRACİƏTİ
20 Yanvar 2020 22:51 SiyasətƏziz soydaşlarım, dəyərli Ağsu seçiciləri!
Mən bu rayonda doğulub boya-başa çatmışam. Mənim bu rayonda uşaqlığım, gəncliyim keçib. Baxmayaraq ki, artıq uzun illərdir doğma Ağsudan kənarda yaşayıram, qəlbim hər zaman Ağsu həsrəti ilə döyünüb. Vaxtaşırı olaraq rayona gəlir, həmyerlilərimlə görüşürəm. Bu görüşlər təkcə Ağsu ilə kifayətlənmir. Bizim doğma ağsulularla təmaslarımız Bakıda da davam edir. Mənim çoxlu sayda Ağsudan olan xəstələrim var. Qürur hissi keçirirəm ki, onlara şəfa bəxş edə bilmişəm.
Hər bir Ağsulu kimi rayonun problemləri mənim də problemlərim, qayğıları mənim də qayğılarımdır. İllər uzunu müşahidə apardım ki, bu dairədən seçilən deputatlar yalnız seçkidən-seçkiyə seçicilərlə işləyir, 5 ildən bir gəlirlər. Qərara gəldim Ağsulularımız üçün çalışmaq istəyirəm.
Bu gün Gəgəli kəndində görüş keçirdik. 100 dən çox kəndlilərimizin problemləri ilə tanış olduq. Vətəndaşlarımızı dinləyəcək Millət vəkilinə ehtiyacı vardır.



