“Araz Bayramovun qələbəsi bizim qələbəmizdir” – Şəhid anası

 

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd, "Azərbaycan-Fransa Məzunları" İctimai Birliyinin sədri, Dr. Araz Bayramov topraqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Torğul Fərəczadənin ev muzeyini və ailə üzvlərini ziyarət edib.

Qarşıdan gələn seçkilərdə Araz Bayramovu dəstəklədiklərini bildirən ailə üzvləri bildirib ki, onun kimi istedadlı, peşəkar və xaricdə təhsil alan gənclərin deputat seçilməsi bütövlükdə ağsuluların qələbəsidir.

Daha sonra Araz Bayramovun Bico kəndində seçicilərlə görüşü keçirilib. 50-dən artıq kənd sakininin qatıldığı görüşdə Araz Bayramov deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb və bildirib ki, hazırda onun Seçki Qərargahı gələcəkdə ictimai birlik kimi fəaliyyət göstərəcək və birliyin əsas məqsədi Ağsunun mövcud problemlərinin həllinə və potensiallı gənclərin önə çıxarılmasına nail olmaq olacaq.

   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31