Əkbər Qoşalının vəkilləri kimdir ŞOK SİYAHI
19 Yanvar 2020 21:24 Siyasət12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən Milli Məclis üzvlüyünə müstəqil namizəd, tanınmış yazar, Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı (Yolçuyev) vəkillər heyəti haqqında bilgiləri öz sosial media hesabında paylaşmışdır. Namizədin vəkillər heyəti öz mötəbərliyi ilə seçilir. Əsas diqqət cəlb edən məqamlardan biri də, vəkillərin Vətən uğrunda və elm-mədəniyyət qarşısında xidmətləri olan tanınmış simalardan və perspektivli yeni nəsil ziyalılarından təşkil edilməsidir:
Vahid Quliyev, Azərbaycanın Milli Qəhrəmanı
Almaz Ülvi (Binnətova), Professor-doktor, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri
Çingiz Abbasov, Respublikanın fəxri auditoru
İbad Həmidoğlu (Məmmədov) - Müəllim
Əli Rza Xələfli, Şair-publisist, Rəsul Rza Mükafatı laureatı,
"Kredo" qəzetinin baş redaktoru
Uğurlu Nadirov, Texnika elmləri üzrə fəlsəfə doktoru, AzTU-nun dosenti
Mübariz Hacıoğlu (Quliyev), Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin
sədr müavini, Milli QHT Forumunun koordinatoru
Ceyhun Aşırov, SKAL Beynəlxalq Turizm Təşkilatının prezidenti,
beynəlxalq turizm üzrə menecer
Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi,
"Xəyal Prodakşın"ın qurucusu
İntiqam Yaşar, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Gənclər Mükafatı laureatı