Deməyə söz tapa bilmirəm- AYDIN QULİYEV
19 Yanvar 2020 20:07 SiyasətAYDIN QULİYEV
20 yanvarla bağlı nə etməliyik ki,həm tariximizə tam münasibət olsun ,həm də bunu həmişə imperiyaçı və təcavüzkar qüvvələrə qarşı hücum faktına çevirə bilək...Qısa deyirəm....
1.20 yanvar abidəsinin ziyarət olunmasını rəsmi protokola salaraq mümkün qədər çox sayda xarici dövlət başçılarının onu ziyarət etməsinə nail olmaq.Bildiyim qədər hələ onu ziyarət edən xarici dövlət başçısı olmayıb.Olubsa da,yox səviyyəsində olması da yaxşı hal deyil.
2.20 yanvara hüquqi- siyasi qiymətin verildiyi Milli Məclisin 1994-cü il mart tarixli qərarının məzmunu yarımçıq olduğu üçün təzələnməli və təkmilləşməlidir.Həmin qərarda qırğına görə məsuliyyət daşıyan adamların çevrəsi hələ tam müəyyən olunmayıb.Qərar yenidən müzakirə olunaraq qəbul edilməlidir.
Tam haqlı olaraq hesab edilir ki,20 yanvar hadisələrinə hələ tam hüquqi-siyasi qiymət verilməyib və günahkarlar cəzalandırılmayıb.
İndi oxuyuram ki,Dağlıq Qarabagın azərbaycanlılar icması 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verməyi dünya birliyindən tələb edən bəyanat yayıb.Vallah ,adam deməyə söz tapmır-hələ özümüz tam və dolğun hüquqi-siyasi qiymət vermədiyimiz halda bunu dünya birliyindən tələb edirik..
Xaricilər bunu bizə irad tuta bilər, dostlar...