Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 2020 17:50 Siyasət"Azərbaycanda parlament seçkiləri öncəsi çox yaxşı siyasi mühit mövcuddur. Əhalinin seçkiyə marağı kifayət qədər yüksəkdir və gənc namizədlərin sayı çoxluq təşkil edir". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında siyasi analitik, Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin üzvü Turab Rzayev bildirib: "Yeni parlamentdə gənclərin üstünlük təşkil edəcəyi gözlənilir. Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər. Əhalinin seçkiyə marağı yüksəkdir. Seçki prosesi rəqabətyönümlü formada gedir".
O, qeyd edib ki, seçki prosesinin şəffaf və ədalətli şəraitdə aparılması üçün bütün imkanlar mövcuddur. Ölkəmizin kifayət qədər zəngin seçki təcrübəsinin olduğunu vurğulayan Turab Rzayev deyib ki, bütün proses Azərbaycanda fevralın 9-da növbəti dəfə demokratik dəyərlərə uyğun seçkilərin keçiriləcəyini deməyə əsas verir.