MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 2020 17:49 SiyasətAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib. "Olaylar" xəbər verir ki, Secki-2020.az saytının məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
İclasda MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib. "Azad Azərbaycan" televiziyası, "Real" Təhlil İnformasiya Mərkəzi ("Real" TV), "Report" İnformasiya Agentliyi, "Gündəlik Teleqraf" və Mətbuat Şurasının nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibinə daxil edilib. Təklif səsə qoyularaq qəbul edilib.