Bəhruz Quliyev: “20 Yanvar faciəsinin bütün detalları yaddaşlarda dünənin hadisəsi kimi yaşayır”

Bəhruz Quliyev: “20 Yanvar faciəsinin bütün detalları yaddaşlarda dünənin hadisəsi kimi yaşayır”

"Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi" Bu fikitləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru  Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı açıqlamasında deyib.

"Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular" deyən Bəhruz Quliyev bildirib ki, faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bir neçə gün ərzində 147 nəfər öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi"

Bakının ən yüksək nöqtələrindən birində dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir.

Şəhidlər xiyabanı 2010-cu ilin 20 yanvar günündə də qələbəlikdir. Bu gün xalqımız Ümumxalq Hüzn Gününü geniş qeyd edir. Aradan 30 il keçmişdir, amma 20 Yanvar faciəsinin bütün detalları yaddaşlarda dünənin hadisəsi kimi yaşayır. O vaxtdan bəri çox şey köhnəlmiş, dəyişmiş, yalnız 20 Yanvar şəhidlərinin xatirəsi təzə qalmışdır.

Bu gün Şəhidlər xiyabanına gələnlər o müdhiş gecəni bir daha xatırlayır, faciəni törədənlərə dərin nifrətlərini bildirirlər".

Bəhruz Quliyev sonda bildirib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu hadisələrin gerçək nəticələrinin araşdırırlması üçün qətiyyətli mövqeyini ortaya qoyub.

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31