XİN rəhbərlərinin görüş vaxtı bəlli oldu
XİN rəhbərlərinin görüş vaxtı bəlli oldu
17 Yanvar 2020 13:25 SiyasətAzərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır. "Olaylar"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib: "Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".
Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31