22 saylı Nizami II seçki dairəsində 117 nəfər müşahidəçi qeydiyyatdan keçib

22 saylı Nizami II seçki dairəsində 117 nəfər müşahidəçi qeydiyyatdan keçib

"22 saylı Nizami II seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıq yüksək səviyyədə gedir". "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına açıqlamasında dairə seçki komissiyasının (DSK) sədri Heydər Vəliyev məlumat verib. O, qeyd edib ki,  fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq Seçki Məcəlləsinə uyğun həyata keçirilir: "Bizim dairə 33 məntəqəni əhatə edir. Dairə üzrə 45 min 824 seçicimiz var. 10 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələr bütün lazımi ləvazimatlar və avadanlıqlarla təmin olunub, səsvermə kabinələri quraşdırılıb. Eləcə də, MSK tərəfindən bizə hərəkət və tədbirlərin Təqvim Planı verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31